Siyasət

"2018 Hərəkatı"nın təsis konfransı keçirilib

19 Mart, 2018
831
Martın 19-da "Holiday Inn Baku" otelində "2018 Hərəkatı"nın təsis konfransı keçirilib. 

"APA" xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, ədəbiyyat və mədəniyyət nümayəndələri, millət vəkilləri iştirak edib.

İştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan film izləyiblər. Tədbiri giriş nitqi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri, "2018 Hərəkatı"nın üzvü Nigar Ələsgərova açıb. O, hərəkatın əsas məqsədinin ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrində tanınan nüfuzlu simaları bir dəyər ətrafında toplayaraq, müxtəlif istiqamətlərdə -  xüsusilə dövlət və dövlətçilik istiqamətində beynəlxalq və yerli layihələrə imza atmaq olduğunu bildirib.


Qeyd olunub ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2017-ci il 16 may tarixli sərəncam imzalayıb.

Sərəncama əsaslanaraq, ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrində tanınan 100 nəfər nüfuzlu simaların təşəbbüsü ilə "2018 Hərəkatı" təsis olunub.

Millət vəkillər Adil Əliyev bildirib ki, 2018-ci il Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi və prezident seçkilərinin keçirilməsi ilə əlamətdardır: 

"2018 Hərəkatı"nın ideya müəllifi və təşkilatçısı Xəyal Rza tədbir iştirakçılarına və üzvlərə təşəkkürünü bildirib. O, uzun və möhtəşəm yola çıxdığını qonaqların diqqətinə çatdırıb.

Təsis konfransında aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədilə müraciət oxunub.

Mərasim bədii hissə ilə yekunlaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo