15:38, 15 Noyabr 2018 (Cümə axşamı) 862

2018-ci ildəki yol qəzalarının statistikası - VİDEO

2018-ci ilin yol qəzaları statistikasına görə, hadisələrdə ən çox ölən (77%) və yaralanan(75%) kişilərdir. 

Ümumən, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1771 nəfər olub.

Qəzalar zamanı 527 nəfər ölüb, 1244 nəfər isə xəsarət alıb.

Qəzalarla bağlı statistika bu ilin yanvar-sentyabr aylarını əhatə edir ki, keçən illə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəzaların az qala 90 faizi yaşayış məntəqələrində baş verib.

Ümumi statistikada nəqliyyat vasitələrinin və piyadaların birgə iştirakı ilə olan hadisələr çoxluq təşkil edir, təqribən 44 faiz.

Bir neçə nəqliyyat vasitəsinin törətdiyi qəzalar 34,6 faiz, bir nəqliyyat vasitəsinin rolu ilə olanlar isə 21,3 faiz olub.

Sürücülərin ən az qəza etdiyi toranlıq vaxtıdır.

Qəzaların yalnız 5-dən 1-i bu vaxtı, əsas hissəsi gecə və gündüzə, az qismi həftəsonlarına təsadüf edib.

İqrar Qurban
Toplum.Tv