11:02, 22 Noyabr 2017 (Çərşənbə) 17

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ olub.

Xəbəri noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.