Siyasət

Jurnalistin məhkəməsi başlayır

24 Oktyabr, 2017
941
"Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır.

AzadlıqRadiosunun xəbərinə görə, bu haqda Şirvan Apelyasiya Məhkəməsindən bildiriblər.

Xuliqanlıqda ittiham edilmiş jurnalistin apelyasiya şikayəti hakim Rafiq Cəfərovun icraatına verilib.

Şikayətə Şirvan Apelyasiya Məhkəməsində oktyabrın 30-u baxılmalıdır.

Jurnalistin müdafiəçiləri onun barəsindəki hökmü qanunsuz hesab edirlər.

Jurnalistin vəkili Elçin Sadıqov bu günlərdə müdafiə etdiyi şəxs ilə görüşdükdən sonra AzadlıqRadiosu-na bildirmişdi ki, ikinci qrup əlil olan jurnalistin işi quramadır.

"Ziya Əsədli bildirdi ki, həbs olunması üçün əsas gətirilən hadisə başdan ayağa qurama olub, onu şərləyiblər”, – vəkil söyləmişdi.

”Azadlıq” qəzeti-nin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Onun vəkilinə deməsinə görə, bu il aprelin 19-da Biləsuvarda döyülüb. O, döyülməsi barədə "102 xidməti”nə məlumat da verib. Hadisə çayxanada baş verib. Jurnalist onu çayçı işləyən şəxsin döydüyünü deyir. Ziya Əsədlinin bildirməsinə görə, həmin şəxs hadisədən dərhal sonra polis idarəsinə gedib və ondan şikayətçi olub.

Çayçı məhkəmədə də deyib ki, o, jurnalistin fiziki zorakılığı ilə üzləşib. Bununla belə şahidlərin sözlərinə görə, sonra da əlavə edib ki, jurnalistin həbsini istəmir.

Vəkilin deməsinə görə, Ziya Əsədli həbsinə səbəb kimi ”Azadlıq” qəzeti ilə əməkdaşlıq etməsini göstərir. Jurnalistin bildirməsinə görə, əks halda istintaq və məhkəmədə onun dedikləri əsas götürülürdü.

"Bu ilin aprelində Biləsuvarda sakinlər etiraz aksiyası keçiriblər. Onlar Bakı-Astara yolunu bağlayıblar. Ziya Əsədli deyir ki, həmin aksiyadan reportaj hazırlayıb yayması rayon rəhbərliyində xüsusi narazılıq yaradıb. Həmin hadisədən sonra da jurnalistin həbs edilməsi ilə nəticələnən insident baş verib”.

Jurnalistin bu açıqlamasına, hələlik, Biləsuvar rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo