13:37, 12 Oktyabr 2017 (Cümə axşamı) 38

Sabah yağış gözlənilir

Sabah yağış gözlənilir
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Oktyabrın 13-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-şərq küləyi əsəcək. Gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı deyilir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 9-14, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti təxmin edilir.

Oktyabrın 10-dan ölkə ərazisində qeyri-sabit hava davam edir.