16:12, 11 Oktyabr 2017 (Çərşənbə) 26

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Oktyabrın 12-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Üstəlik, şimal-qərb küləyinin gecə və səhər arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı gözlənir. Gecə 9-14, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 6-11 dərəcə isti təxmin edilir.