14:30, 12 Yanvar 2017 (Cümə axşamı) 68

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Yanvarın 13-ü Bakı və Abşeron yarımadasında buludlu hava, bəzi yerlərdə arabir yağış gözlənilir.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 2-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Ölkənin əksər rayonlarında isə sakit hava olacağı bildirilir. Ancaq bəzi şimal və şərq rayonlarında yağıntı təxmin edilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı bildirilir.