10:57, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 166

Qızıl bahalaşıb

Qızıl bahalaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,38% - 19 887,38 bəndədək, S&P 500 0,35% - 2 268,90 bəndədək azalıb, NASDAQ 0,19% - 5 531,82 bəndədək artıb.

Toplum.tv Fins.az-a istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% - 7 237,77 bəndədək artıb, Almaniya DAX-ı 0,30% - 11 563,99 bəndədək, Fransa CAC-40-ı isə 0,45% - 4 887,57 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1 184,90 dollara, gümüş isə 16,68 dollara satılıb.

Mənbə: APA