11:11, 20 Yanvar 2018 (Şənbə) 75

20 Yanvar faciəsindən 28 il ötür

20 Yanvar faciəsindən 28 il ötür
Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 28-ci ildönümü qeyd edilir.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Gün ərzində minlərlə insanın - ölkə prezidentinin, dövlət, hökumət üzvlərinin, müxalifət partiyalarının, deputatların və diplomatik korpusun nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarəti gözlənir.

Bakıda Şəhidlər Xiyabanına gedən yollarda avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.