22:40, 20 Yanvar 2018 (Şənbə) 746

20 Yanvar: 28 il öncə və bu gün - VİDEO

20 Yanvar faciəsidən 28 il ötür. 

Bu gün paytaxt sakinləri və ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olmuş insanları anmaq üçün Şəhidlər xiyabanına axın ediblər.

Toplum.Tv xəbər verir ki, 20 Yanvar şəhidlərini ziyarət zamanı müxalif partiya nümayəndələrinin girişinə bəzi maneələr törədilib.

Partiyalarla yanaşı vətəndaşlar da 2 saata yaxın gözləmələrinə etiraz ediblər.

Vətəndaşlarla polislər arasında davam edən 1 saatlıq mübahisədən sonra onların qarşısındakı barrikada götürülüb.

Ofelya Ramilqızı
Toplum.Tv