Sosial

"150 manatla ailə saxlamaq olar?" - REPORTAJ

18 Oktyabr, 2017
1541
"Dövlət işində verilən 150 manatla ailə saxlamaq olar? Restorandakı kuriyer maaşı ilə dolanmaq daha asandır”.

Bu sözləri Emin Rzayev deyir. 

İxtisasca rəssamdır. Amma 10 ildir ki, türk restoranda kuriyer işləməklə ailəsini dolandırır. 

"İnsanlar xoş sözə acdır”

Emin Rzayev deyir ki, işi nə qədər çətin olsa da, insanlarla ünsiyyəti sevir. 

Günorta saatlarından işə başlayan kuriyer gün ərzində 100-dən çox evin, ofisin qapısını döyür. Emin Azərbaycanda insanların aqressiv görünüşünün arxasında böyük bir səmimiyyət olduğunu deyir. 

O, 10 illik təcrübəsinə əsaslanaraq  bildirir ki, insanlar yemək kimi bircə xoş sözə, təbəssümə də acdır. 

"Yorulmaq evə əliboş getməkdən yaxşıdır”

"Hər gün 12 saat işləyərək, 100-ə yaxın insanla ünsiyyətdə oluram”, – deyir Emin Rzayev. 

Onun sözlərinə görə, işi yorucu olsa da, evə əliboş getməkdən yaxşıdır: "Gecə gözətçisi olduğum vaxtlarda ayda 150 manat alırdım. Evə çiyinlərimdə 150 kq-lıq yüklə, əliboş getməkdən daha yaxşıdır bu iş”.

"Bu iş mənim üçün hobbi olaraq qalacaq”

"4 illik təhsildən sonra gördüm ki, rəssamlıqdan pul qazana bilmərəm”, - deyən Emin Rzayev vatman üzərində çəkdiyi şəkillər üçün darıxır. 

Ancaq düşünür ki, bu iş onun üçün hobbi olaraq qalacaq: "Bir övladım var. O, doğulmamışdan əvvəl çalışırdım ki, heç olmasa boyalara və vatmana xərclədiyim puldan qalanlarla ayın sonunu gətirim. Oğlum dünyaya gələndə öz uşaqlıq arzumu boyalarımla birlikdə tərk etməli oldum. Artıq uzun müddətdir ki, həyat qayğıları ilə məşğul olub, ailə başçısı, ata olmağın yükünü çiyinlərimdə daşıyıram”.

Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu olan qəhrəmanımız bu sənətin uşaqlıq arzusu olduğunu deyir. Lakin əlvan boyaların onun boz qayğılarını yüngülləşdirə bilmədiyindən şikayətlənir:

"Oğlumun müəllimlərinə nə iş gördüyümü çəkinərək deməsindən sonra tək arzum var. Bir gün yenidən rəssamlığa qayıdıb, oğlumun mənim haqqımdakı təsəvvürlərini kökündən dəyişim. Təəssüf ki, arzum böyük, bacara bildiklərim isə kiçikdir”. 

Emin Rzayev artıq həyata rəssam nəzərləri ilə yox, ata məsuliyyəti ilə baxır: "Bu gün gözləntim müştərilərdən gələn yaxşı bəxşişdən ibarətdir”.

Ofelya Ramilqızı
Toplum.Tv





Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo