16:01, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 185

"1 avro 2 dollara bərabər ola bilər"

"ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40% ucuzlaşacaq".

Rusiya mətbuatı xəbər verir ki, belə bir proqnozla "A.G. Bisset Associates” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal çıxış edib. 

Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır.Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq. 

Bununla belə, USD/EUR nisbəti barədə proznoz verən bəzi analitiklər 2022-ci ilə qədər 1 avronun 1,28 dollar təşkil edəcəyi qənaətindədir.